14 
Yan
2022
11:41
99
39
6204
Virtual karabakh

Hava nə vaxt sabitləşəcək? - AÇIQLAMA

14 Yan, 2022
11:41
6204

Hava nə vaxt sabitləşəcək? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda havanın sabitləşəcəyi vaxt açıqlanıb.

Bununla bağlı Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva danışıb. 

O bildirib ki, yarım gün ərzində ölkəyə düşən yağıntının miqdarı yarım aylıq normaya uyğun olub.

U.Tağıyeva qeyd edib ki, qar örtüyünün hündürlüyü isə 22 sm təşkil edib.

Onun sözlərinə görə, bu gün də yağıntılar davam edəcək və nəticədə daha yüksək qar örtüyü müşahidə ediləcək: 

“Proses qısamüddətlidir. Bu gün axşam saatlarından başlayaraq ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında yağıntının kəsilməsi proqnozlaşdırılır”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri