14 
Yan
2022
12:48
11
111
2744
Virtual karabakh

“Omikron”dan qorunmaq üçün nə etməliyik? - Nazirlik rəsmisindən AÇIQLAMA

14 Yan, 2022
12:48
2744

“Omikron”dan qorunmaq üçün nə etməliyik? - Nazirlik rəsmisindən AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Omikron” ştammının spesifik simptomları yoxdur”.

Oxu.Az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi Təyyar Eyvazov deyib.

O bildirilib ki, COVID-19-un bir variantı olduğu üçün ənənəvi PZR burun-udlaq yaxma testləri virusu aşkar edir. Lakin aşkarlanmış koronavirusun “Omikron” ştammı olmasını daha mürəkkəb və bahalı olan sekvenləşmə metodu ilə müəyyən etmək olur.

Nazirliyin ekspert-mütəxəssisi qeyd edib ki, yeni ştammın spesifik simptomları yoxdur:

“Xəstəlik daha çox digər respirator virus infeksiyalarını xatırladır (əsasən subfebril hərarət, ümumi zəiflik, əzginlik, baş ağrısı, əzələ ağrıları, bədəndə qırılmalar, boğazda qaşınma və ya ağrı hissi, quru öskürək, burun axması və ya tıxanması, bəzən mədə-bağırsaq əlamətləri-ürəkbulanma, qusma və s). Dad və iybilmənin itirilməsi daha az rast gəlinir. İndi “Omikron” və “Delta” olan xəstələri ayırd etmək kliniki cəhətdən demək olar ki, mümkün deyil”.

T.Eyvazov yayılan yeni ştammdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan altı ay sonra gücləndirici (buster) doza ilə peyvənd olunmağın vacibliyini vurğulayıb.

O, qorunmaq üçün isə maska taxmaq, insanların sıx toplaşdığı məkanlara getməmək, məsafə gözləmək, əl və respirator gigiyena qaydalarına ciddi əməl etməyi tövsiyə edib.

O qeyd edib ki, hər bir şəxs özündə bu əlamətləri hiss etdikdə ilk növbədə özünü təcrid etməli, təmaslarını azaltmalı, o cümlədən ailə üzvləri ilə, özü maska geyərək bunu digər ailə üzvlərindən də tələb etməli, sonra həkimə müraciət etməlidir:

“Valideynlər uşaqlarına qarşı diqqətli olmalı, onlarda xəstəliyin əlamətlərinin olmasını vaxtında aşkarlamalı. Xəstə uşağı evdə təcrid edərək bağçaya və ya məktəbə buraxmamalıdır. Eyni zamanda, vətəndaşlar vaksinasiyada aktiv iştirak etməli və buster dozanı göstərişə uyğun almalıdır”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri