14 
Yan
2022
13:32
14
125
3619
Virtual karabakh

Yeni ştammla yoluxma üçün karantin müddəti nə qədərdir?

14 Yan, 2022
13:32
3619

Yeni ştammla yoluxma üçün karantin müddəti nə qədərdir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Başqa mutasiyalardan fərqli olaraq, “Omikron”dan sağalma əksər hallarda daha tez baş verir”.

Oxu.Az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi Təyyar Eyvazov deyib.

O qeyd edib ki, koronavirus infeksiyasının “Omikron” variantı ilə yoluxma üçün inkubasiya dövrü sələfləri ilə müqayisədə nəzərəçarpacaq dərəcədə qısadır (əsasən, 1-3 gün):

“Həmçinin yeni ştamm yüksək yoluxucudur. Belə ki, onun artıq bir sıra ölkələrdə “Delta” ştammını sıxışdıraraq qısa müddət ərzində dominant ştamma çevrildiyi müşahidə olunur. Sürətlə yayılan “Omikron” ştammı əksər hallarda daha yüngül keçir, əvvəlki ştammlarla müqayisədə ağır pnevmoniyanın inkişafı daha az rast gəlir, proses əsasən yuxarı tənəffüs yollarında yerləşir”.

T.Eyvazov bildirib ki, koronavirusun “Omikron” variantında yoluxduruculuq, yəni aşkar edilməsi dövrü daha qısadır. Buna əsasən, karantin dövrü bəzi ölkələrdə xəstəliyin formasından asılı olaraq 5-7-9 günədək qısaldılıb.

Ekspert başqa mutasiyalardan fərqli olaraq, sağalmanın əksər hallarda daha tez baş verdiyini deyib:

“Omikron” və təkrar xəstələnmə hallarından mövcud immuniteti (xəstələnmə və ya vaksinasiya nəticəsində əldə edilmiş) güclü olanlar şəxslər daha çox yayına bilir. Həmçinin tam vaksin olunmuşların xəstələnməsi hallarına daha az rast gəlinir (qorunmaq səviyyəsinin artırılması üçün buster doza tələb olunur)”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri