14 
Yan
2022
12:44
250
26
1002
Virtual karabakh

Təhsil müəssisələrində tərbiyəçilər bir ildən bir tibbi-psixoloji müayinədən keçməlidirlər

14 Yan, 2022
12:44
1002

Təhsil müəssisələrində tərbiyəçilər bir ildən bir tibbi-psixoloji müayinədən keçməlidirlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Uşağa qarşı istənilən mühitdə istənilən şəxs tərəfindən zorakılıq edilməsi yolverilməzdir”. 

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-Təminat şöbəsinin müdiri Taliyə İbrahimova bildirib. Onun sözlərinə görə, bu cür hallarla əvvəllər də qarşılaşıblar:

“Azyaşlılara qarşı belə zorakılıq halları ilə biz əvvəlki illərdə də rastlaşmışıq. Məktəbəqədər təhsil müəssisəsinin tərbiyəçisinin bu hərəkəti yolverilməzdir. Qanunvericilikdə belə hallarla bağlı məsuliyyət nəzərdə tutulub. Komitə olaraq biz bəyan edirik ki, belə hal yolverilməzdir.

“Məktəbəqədər təhsil müəssisələrində tərbiyəçilər bir ildən bir tibbi-psixoloji müayinədən keçməlidirlər”, - deyə o qeyd edib. 

Qeyd edək ki, ötən gün İsmayıllı şəhər 1 saylı uşaq bağçasında azyaşlının tərbiyəçi tərəfindən şiddət görülməsi barədə görüntülər yayılıb.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri