14 
Yan
2022
23:04
147
26
899
Virtual karabakh

Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində ötən il 337 şəxsə sosial xidmət göstərilib

14 Yan, 2022
23:04
899

Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində ötən il 337 şəxsə sosial xidmət göstərilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində 2021-ci ildə 337 şəxsə sosial xidmət göstərilib. 

Nazirlikdən bildirilib ki, hazırda müəssisədə 113 nəfər şəxsə sosial xidmət göstərilir. Onlardan 59-u kişi, 54-ü qadındır. 

Müəssisədə müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti mövcuddur.

Burada müəyyən yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər, baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar, görmə qabiliyyəti məhdudluğu olan şəxslər və məişət zorakılığından zərər çəkmiş şəxslər üçün sosial reabilitasiya şöbələri fəaliyyət göstərir.

Şöbələrə qəbul olunan şəxslər stasionar şəraitdə sosial xdmətlərlə təmin olunur və onların normal həyat tərzinə qayıdışı, sosial adaptasiyası və reabilitasiyası işləri aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri