14 
Yan
2022
19:50
54
345
2910
Virtual karabakh

Mədət Quliyevin rəhbəri olduğu qurumun yeni baş katibi seçildi - FOTO

Bu gün Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyevin sədrliyi ilə qurumun İcraiyyə Komitəsinin növbədənkənar iclası olub.

Bu barədə Velosiped İdmanı Federasiyası məlumat yayıb.

Bildirilib ki, tədbir zamanı AzVİF-in baş katibi postuna namizədliyi irəli sürülən Elnarə Musayevanın bu vəzifəyə seçilməsi ilə bağlı İcraiyyə Komitəsi üzvlərinin səsverməsi keçirilib. Komitə üzvləri yekdilliklə Elnarə Musayevanın Federasiyaya baş katib seçilməsinə səs veriblər.

Daha sonra federasiya prezidenti yeni idman direktoru, ukraynalı mütəxəssis Oleq Berezovskini tədbir iştirakçılarına təqdim edib. İclasda 2022-ci ildə görülməsi planlaşdırılan məsələlər müzakirə edilib, məşqçilərin tədris prosesinin təkmilləşdirilməsinə, idmançıların təlim-tərbiyəsinə, onların ictimaiyyət arasında davranış qaydalarına və təhsil müəssisələrində davamiyyətə riayət etmələrinə xüsusi diqqət yerilmələrinə və qeyd olunan məsələlərin plana salınmasına dair federasiya prezidentinin tapşırıq və tövsiyələri dinlənilib.

Qeyd edək ki, Mədət Quliyev Velosiped İdmanı Federasiyasının prezidenti olmazdan əvvəl bu qurumun baş katibi Fərhad Əliyev idi.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri