15 
Yan
2022
16:28
20
408
6848
Virtual karabakh

DİN-dən narkotik aludəçisi olan 11 yaşlı uşaqla bağlı AÇIQLAMA - FOTO

15 Yan, 2022
16:28
6848

DİN-dən narkotik aludəçisi olan 11 yaşlı uşaqla bağlı AÇIQLAMA - FOTO

Daxili İşlər Nazirliyi (DİN) Bakıda 11 yaşlı narkotik aludəçisi barədə yayılan xəbərlərə münasibət bildirib.

DİN-nin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yanvarın 13-də sosial şəbəkələrdə “Nizami” metrosu yaxınlığında narkotikin təsiri altında olduğu iddia edilən və yerdə yatan uşağın fotoları paylaşılıb:

“Dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırılmalara başlanılıb. Keçirilən müvafiq tədbirlər nəticəsində dəfələrlə müalicə olunması üçün dövlət qurumları tərəfindən xəstəxanaya yerləşdirilməsinə baxmayaraq, oradan qaçan 11 yaşlı R.Məmmədov paytaxt ərazisində tapılıb.

Müalicə alması üçün onun aidiyyəti qurumlarla birgə Respublika Narkoloji Dispanserə yerləşdirilməsi təmin edilib”.

Qeyd edək ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə yayılan məlumatlarda Bakıda 11 yaşlı uşağın narkotik aludəçisi olduğu və küçədə gecələdiyi bildirilmişdi.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri