16 
Yan
2022
20:21
45
162
1677
Virtual karabakh

Bərdədə karantin qaydalarının pozulduğu restoran aşkar edilib

16 Yan, 2022
20:21
1677

Bərdədə karantin qaydalarının pozulduğu restoran aşkar edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən şadlıq sarayında karantin rejiminin tələblərinin pozulduğu müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, yoxlamalar zamanı rayon ərazisində yerləşən “Muğan Məkan” şadlıq sarayında keçirilən toy məclisində qonaqların sayının normadan artıq olduğu aşkarlanıb. 

Müəyyən edilmiş qayda pozuntusu ilə əlaqədar restoranın sahibi Elnur Sadıxov barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri