17 
Yan
2022
12:00
148
76
2722
Virtual karabakh

Qanlı Yanvar hadisələrinin ildönümünə hazırlıq - FOTOREPORTAJ + VİDEO

17 Yan, 2022
12:00
2722

Qanlı Yanvar hadisələrinin ildönümünə hazırlıq - FOTOREPORTAJ + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı hazırlıq işləri aparılır. 

Xiyabanda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır.

Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerlər cəlb olunub. 

Oxu.Az-ın əməkdaşları bu gün Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar olaraq görülən işləri lentə alıb:

Qeyd edək ki, Azərbaycan xalqının faciəsi olan 1990-cı il 20 Yanvar hadisələrindən artıq 32 il ötür. Keçmiş Sovet ordusunun həmin gün Azərbaycan xalqına qarşı törətdiyi hərbi təcavüz insanlığa qarşı ən ağır cinayətlərdən biridir. Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi daim əziz tutulduğu kimi, onların ailə üzvləri, doğmaları da hər zaman dövlət qayğısı ilə əhatə olunub.

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi hər il ümumxalq hüzn günü kimi geniş qeyd edilir.

Allah şəhidlərimizə rəhmət etsin!

FOTO: Kərim Abbasov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri