17 
Yan
2022
11:08
264
50
3475
Virtual karabakh

Azərbaycan nefti 3 dollardan çox bahalaşıb

17 Yan, 2022
11:08
3475

Azərbaycan nefti 3 dollardan çox bahalaşıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın “Azeri Light” markalı xam neftinin bir barelinin həftə ərzində orta qiyməti 87,45 ABŞ dolları təşkil edib.

Oxu.Az-ın məlumatına görə, son həftə ərzində neftin bir barelinin orta qiyməti ötən həftə ilə müqayisədə 3,08 ABŞ dolları qədər və ya 3,65 faiz artıb.

Həftə ərzində neftin bir barelinin orta qiymətinin ən yüksək həddi 14 yanvar tarixində qeydə alınıb və 89,12 ABŞ dollarına bərabər olub.

Son həftə ərzində Azərbaycan neftinin qiymətinin ən aşağı həddi isə 10 yanvar tarixində qeydə alınıb və 84,67 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, əvvəlki həftə ərzində “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti 84,37 ABŞ dollarına bərabər olub.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri