17 
Yan
2022
13:24
14
69
1051
Virtual karabakh

“Qarabağ xronikası”nın 77-ci buraxılışı: “Erməni kontuziyası və surroqat zinvor fenomeni” - VİDEO

17 Yan, 2022
13:24
1051

“Qarabağ xronikası”nın 77-ci buraxılışı: “Erməni kontuziyası və surroqat zinvor fenomeni” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baku TV-nin efirində yayımlanan “Qarabağ xronikası” verilişinin 77-ci buraxılışı efirə gedib.

Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda övladları müharibədə ölən erməni analarına surroqat ana xidməti verilməsi təklifi haqqında danışıb.

O bildirib ki, bu qadınların əksəriyyəti yaşa görə reproduktiv nəsilartırma qabiliyyətini itirdiyinə görə onlar üçün daha gənc qadınların bətnində uşaq yetişdirilməsi təklif edilir.

“Üstəlik, bu, sadəcə təklif olmaqla da qalmayıb. Ermənistan hökumətinin 13 yanvar tarixli iclasında bu təklifin real icra mərhələsinə adlaması üçün müzakirələrə də start verilib. İclasın məğzi isə belə ifadə olunub: Ermənistanın müdafiəsi zamanı hərbi əməliyyatlarda və ya döyüş növbəsi, xüsusi tapşırıqların icrası və düşmənlə təmas xəttində xidməti vəzifələrini yerinə yetirən zaman həlak olan hərbi qulluqçuların valideynlərinin reproduktiv sağlamlığının dəstəklənməsi ilə bağlı tədbirlərin təsdiqi haqqında qərar layihəsi”, - deyə o qeyd edib.

Daha ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri