18 
Yan
2022
11:58
148
34
2569
Virtual karabakh

Şəhid ailələrinə, müharibə veteranlarına səfər güzəşti - AÇIQLAMA

18 Yan, 2022
11:58
2569

Şəhid ailələrinə, müharibə veteranlarına səfər güzəşti - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağa səyahət üçün hər hansı qadağa yoxdur. Ölkə vətəndaşları bu yaradılan xidmətlərdən istifadə edə bilərlər”.

Oxu.Az xəbər verir ki, bununla bağlı işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı keçirilən brifinqdə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Eldəniz Məmmədov deyib.

O bildirib ki, yalnız şəhid ailəsi üzvləri, müharibə veteranları üçün xüsusi imtiyazlar tətbiq edilir.

“Hazırda Qarabağa təşkil edilən səfər xidmətlərindən xarici vətəndaşların istifadəsi nəzərdə tutulmayıb”, - deyə Eldəniz Məmmədov əlavə edib.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri