18 
Yan
2022
12:16
88
146
5412
Virtual karabakh

Qarabağa səfər üçün alınan biletin mübadiləsi yolverilməzdir - XƏBƏRDARLIQ

18 Yan, 2022
12:16
5412

Qarabağa səfər üçün alınan biletin mübadiləsi yolverilməzdir - XƏBƏRDARLIQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azad edilmiş ərazilərə səfərlər üçün alınan biletlər kimin adınadırsa, yalnız o şəxslər səfərdə iştirak edə bilərlər. Biletlərin kənar şəxslərə verilməsi yolverilməzdir”.  

Oxu.Az xəbər verir ki, bunu işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı keçirilən brifinqdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

O bildirib ki, biletlər QR-kod vasitəsilə avtobuslara minən zaman aidiyyəti qurumların əməkdaşları tərəfindən yoxlanılacaq:

“Bu məsələni diqqətə almaqla bilet sifariş verilən zaman məlumatların doğru qeyd edilməsi önəmlidir. Biletlərin vətəndaşlar arasında mübadiləsi yolverilməzdir”, - deyə o əlavə edib.

Rəhman Hümmətov bildirib ki, əslən azərbaycanlı xarici ölkə vətəndaşı olan həmvətənlərimizin ilkin mərhələdə bu səfərlərdə iştirakı nəzərdə tutulmayıb.

“Bu və digər məsələlər irəliləyən dövrdə, növbəti mərhələlərdə nəzərə alınacaq. Bu gün üçün biz bu səfərlərdə ölkə vətəndaşlarımızın ziyarət məqsədilə Qarabağa gedişini təşkil etməyə çalışırıq. Azərbaycan vətəndaşlığından imtina edən xarici ölkə vətəndaşlığını qəbul edən soydaşlarımızın hazırda səfərlərdən yararlanması nəzərdə tutulmayıb. Lakin bir müddət sonra bu və digər yaranan suallar da öz həllini tapacaq”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri