18 
Yan
2022
12:08
26
125
2348
Virtual karabakh

Agentlik rəsmisindən Qarabağa səyahət edəcək şəxslərə XƏBƏRDARLIQ

18 Yan, 2022
12:08
2348

Agentlik rəsmisindən Qarabağa səyahət edəcək şəxslərə XƏBƏRDARLIQ

“Qarabağda minatəmizləmə əməliyyatları həyata keçirilib və bu ərazilərə səfər çərçivəsində sərnişinlər üçün təlimatlar hazırlanıb”.

Oxu.Az-ın məlumatına əsasən, bunu işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı keçirilən brifinqdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədrinin müavini Samir Poladov deyib.

Onun sözlərinə görə, sərnişinlər bu ərazilərə təhlükəsiz gediş-gəlişin təşkili üçün zəruri olan bütün tədbirlər alınıb:

“Göstərişlərə riayət edərək bir neçə saatlıq ziyarət üçün ayrılan ərazilərə getmək mümkündür. Sərnişinlər arasında marşrutdan kənara çıxmaq istəyən şəxslər ola bilər. Xahiş edirik, nəzərə alınsın ki, avtobuslar yalnız və yalnız öncədən təyin edilmiş marşrut xətləri üzrə hərəkət edəcək. Marşrutdankənar hallar mümkün deyil”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri