18 
Yan
2022
12:32
197
35
4108
yuxarı
Ağdam və Şuşaya səfərlər: Həftə ərzində neçə sərnişin daşınacaq?
18 Yan, 2022
12:32
4108
197
35
Ağdam və Şuşaya səfərlər: Həftə ərzində neçə sərnişin daşınacaq?
“Bakı-Şuşa-Bakı üzrə həftədə 4 səfər olacaq. Hər avtobusda sərnişin sayı 47 nəfər olacaq”.
Oxu.Az xəbər verir ki, bunu işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı keçirilən brifinqdə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev deyib.
O bildirib ki, Bakı-Ağdam-Bakı üzrə isə sərnişin sayı 43 nəfər olan avtobuslarda həftədə 2 dəfə gediş-gəliş həyata keçiriləcək.
“Ümumilikdə həftə ərzində hər iki istiqamətdə Bakı-Şuşa-Bakı istiqamətində 188 nəfər sərnişinin, Bakı-Ağdam-Bakı istiqaməti üzrə isə hər iki istiqamətdə 86 sərnişinin daşınması nəzərdə tutulur”, - deyə o əlavə edib.
Könül Cəfərli
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək