18 
Yan
2022
17:12
155
53
1808
Virtual karabakh

Bu gün Yerin yaxınlığından asteroid keçəcək

18 Yan, 2022
17:12
1808

Bu gün Yerin yaxınlığından asteroid keçəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün axşam saatlarında (21:51 UTC) Yerdən təxminən 2 milyon km məsafədən 7482 (1994 PC1) asteroidi keçəcək.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Qeyd olunub ki, bu, Yer-Ay məsafəsindən 5 dəfə böyükdür. Diametri 1 km-dən böyük (1067 m) olan asteroid 1994-cü ildə Robert Maknot tərəfindən aşkarlanmışdır. Bu asteroid Amerika Kosmik Agentliyi tərəfindən ölçüsü və Yerə yaxınlaşma məsafəsinə görə potensial təhlükəli asteroidlər kateqoriyasına aid edilib.

7482 (1994 PC1) asteroidi cari ildə Yerə yaxınlaşacaq asteroidlərdən ən böyüyüdür. Səma cismi Bakı vaxtı ilə 19 yanvar saat 01:51-də yerə ən yaxın nöqtədən keçəcək. Hesablamalara görə, bu, növbəti 200 il üçün asteroidin ən böyük yaxınlaşması olacaq.

Asteroidin Yerə nəzərən sürəti 19.56 km/san təşkil edir və onu kiçik ölçülü teleskopla 10 ulduz ölçüsündə müşahidə etmək mümkündür.

Qeyd edək ki, Yerə 48 milyon km-dən çox yaxınlaşan obyektlər Yerətrafı obyektlər hesab olunur və həmin obyektlər Yerə hər hansı təhlükə törətmə ehtimalına görə NASA və digər kosmik qurumlar tərəfindən diqqət mərkəzindədir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri