18 
Yan
2022
16:24
130
19
1440
Virtual karabakh

Bu il Qarabağda minalardan təmizlənəcək ərazinin miqyası AÇIQLANDI

18 Yan, 2022
16:24
1440

Bu il Qarabağda minalardan təmizlənəcək ərazinin miqyası AÇIQLANDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə işləri davam etdirilir. Bu əməliyyatlar Nazirlər Kabineti tərəfindən bütün müvafiq dövlət qurumları arasında razılaşdırılmış formada tərtib və təşkil olunub.

Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədrinin müavini Samir Poladov deyib.

O bildirib ki, bu il üçün tərtib edilən tədbirlər planına əsasən, işğaldan azad edilmiş ərazilərdə 40 min hektar ərazinin minadan təmizlənməsi nəzərdə tutulub:

“Bu 40 min ha ərazinin təmizlənməsi həm ANAMA əməkdaşları tərəfindən, həm də Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçiriləcək. Minatəmizləmə əməliyyatları sifarişlər əsasında həyata keçirilir. Bərpa yenidənqurma, infrastruktur layihələrinin inkişafı, kənd təsərrüfatı ərazilərinin təmizlənməsi istiqamətlərini özündə əks etdirir”.

S.Poladov onu da qeyd edib ki, ümumi olaraq ANAMA-nın maddi texniki bazasının genişləndirilməsi məqsədilə zəruri tədbirlər görülür:

“Bu istiqamətdə mütəmadi olaraq tərəfimizdən tədbirlər görülür. Belə ki, ərazilərdə minatəmizləmə əməliyyatları zamanı yeni texnologiyalar tətbiq edilir. Əlavə olaraq ən müasir mexaniki minatəmizləmə robotları, müasir mina detektorları, dərinliyi yoxlaya biləcək avadanlıqlar tərəfimizdən alınır. Əməliyyat qruplarımız bu avadanlıqlarla təchiz olunurlar. Əlavə əməkdaşlar işə götürülür, təlimlər keçirilir və yeni əməliyyat qrupları formalaşdırılır. Bizim təlim bazamızda öz mütəxəssislərimiz beynəlxalq standartlara uyğun təlimlər həyata keçirirlər. Bu il ərzində də yeni minatəmizləmə qruplarının yaradılması nəzərdə tutulur”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri