18 
Yan
2022
16:48
15
431
5972
Virtual karabakh

Azərbaycanda bir nəfərə düşən aylıq gəlir AÇIQLANIB - FOTO

18 Yan, 2022
16:48
5972

Azərbaycanda bir nəfərə düşən aylıq gəlir AÇIQLANIB - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ildə ölkə əhalisinin nominal gəlirləri 57 milyard 181,5 milyon manat olub.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, əhalinin nominal gəlirləri 2020-ci illə müqayisədə 2,6 faiz artıb.

Hər nəfərə orta hesabla düşən nominal gəlir 5 708 manat və ya ayda orta hesabla 475,7 manat təşkil edib.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 51 milyard 248,1 milyon manatlıq vəsait qalıb. Bu 2020-ci illə müqayisədə 1,1 faiz çoxdur.

Qeyd edək ki, 2020-ci ildə ölkə əhalisinin gəlirləri nominal ifadədə 55 milyard 726,1 milyon manatı təşkil edib. Əhalinin hər nəfərinə düşən gəlirlər 5 587,6 manat və ya ayda orta hesabla 465,6 manat olub. 2020-ci ildə bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 50 milyard 689,6 milyon manatlıq vəsait qalıb.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri