19 
Yan
2022
10:32
267
61
4490
Virtual karabakh

Azərbaycan neftinin qiyməti illik rekordu yenilədi

19 Yan, 2022
10:32
4490

Azərbaycan neftinin qiyməti illik rekordu yenilədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan neftinin qiyməti 90 ABŞ dolları həddini keçib.

Oxu.Az xəbər verir ki, “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,72 ABŞ dolları və ya 0,80 faiz artıb.

Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 90,56 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, son bir il ərzində Azərbaycan neftinin qiyməti ilk dəfədir ki, 90 ABŞ dolları həddini keçir.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri