19 
Yan
2022
15:11
67
262
6878
Virtual karabakh

Mağazanın altını-üstünə çevirən şəxs ƏLƏ KEÇDİ - YENİLƏNİB + VİDEO

19 Yan, 2022
15:11
6878

Mağazanın altını-üstünə çevirən şəxs ƏLƏ KEÇDİ - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Neftçalada ərzaq mağazasında vitrinləri dağıdan şəxs saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ötən gün axşam saatlarında Neftçala rayonunun Bankə qəsəbə sakini, 1980-ci il təvəllüdlü Təhməzov Azad Əbülfəz oğlu şəhər ərazisində yerləşən “Neftçala” market adlı ərzaq mağazasına girərək satıclardan nisyə mal istəyib. 

Onun istəyini yerinə yetirməkdən imtina edən satıcılara etiraz əlaməti olaraq əlindəki dəmir parçası ilə vitrinləri dağıtmağa başlayıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidovun bildirdiyinə görə, hadisə Neftçala rayonu Bankə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Azad Təhməzov tərəfindən törədildiyini təsdiqləyib.

Həmin şəxs RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, araşdırmalar davam etdirilir.

12:16

Neftçala rayonunda marketə hücum olub.

Oxu.Az-ın məlumatına görə, hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Marketə daxil olan müştəri vitrinləri dağıdıb. 

Həmin görüntüləri təqdim edirik:

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Oxu.Az (@oxuaz)

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri