19 
Yan
2022
15:08
22
352
7186
Virtual karabakh

Qalmaqallı “Spayder” sözünü lüğətə salan şəxs DANIŞDI - VİDEO

19 Yan, 2022
15:08
7186

Qalmaqallı “Spayder” sözünü lüğətə salan şəxs DANIŞDI - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Spayder” sözünü orfoqrafiya lüğətinə salan Dilçilik İnstitutunun aparıcı elmi işçisi Xədicə Heydərova Baku TV-yə açıqlama verib.

Onun sözlərinə görə, hörümçək sözü 2021-ci ilin orfoqrafiya lüğətinin siqnal nüsxəsində olub. Nəşriyyatda baş verən texniki səhv ucbatından bu söz lüğətə daxil edilməyib.

“Bu qərəzli şəkildə həyata keçirilən şou idi. Təəssüf ki, elm adamları da belə işlərə əl atır”, - deyə X.Heydərova qeyd edib.

O, “spayder” sözünün lüğətə əlavə olunmasına da aydınlıq gətirib.

Elmi işçi vurğulayıb ki, “spayder” texniki termin kimi lüğətə daxil edilib və hörümçək sözünün “spayder”lə əvəz edildiyini deyənlərin hərəkəti gülüncdür.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri