19 
Yan
2022
18:00
12
100
1235
Virtual karabakh

“Qarabağ xronikası”nın 78-ci buraxılışı: Üzsüz m'adamın Prezidentdən üzr tələbi - VİDEO

19 Yan, 2022
18:00
1235

“Qarabağ xronikası”nın 78-ci buraxılışı: Üzsüz m'adamın Prezidentdən üzr tələbi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baku TV-nin efirində yayımlanan “Qarabağ xronikası” verilişinin 78-ci buraxılışı efirə gedib.

Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda Fransa prezidentliyinə namizəd Valeri Pekresin Azərbaycandan üzr tələbi haqqında danışıb.

O bildirib ki, V.Pekresin od püskürməsinə səbəb Fransa hakimiyyətinin onun qeyri-qanuni addımlarına dəstək verməməsidir:

“Pekres istəyir ki, Fransa prezidenti Emanuel Makron onun ötən ilin dekabrında Qarabağa etdiyi qeyri-qanuni və gizli səfərə görə prezident İlham Əliyevin səsləndirdiyi sərt bəyanatlara reaksiya versin. Pekres Azərbaycandan üzr tələb edir.

Pekresin davranışında ilk növbədə üsuli-qədim erməni həyasızlığı gözə girir. Necə ki, erməni-hay sürüsü 44 günlük müharibədə törəddiklərinin cavabını aldıqda vay-şivən qoparırdılar ki, ay aman kömək edin, Azərbaycanlılar bizi qırdı, indi də bu Pekres salıb səsinin cır yerinə ki, Makron onun tərəfini saxlamalıdır.

Pekresə deyən yoxdur ki, istər prezidentliyə namizəd ol, istərsə də prezident. Beynəlxalq hüquq var. Bu hüquq da Qarabağı Azərbaycanın tərkib hissəsi bilir. Belə olan halda sənin Qarabağda nə itin azımışdı ki, Azərbaycandan da sərt sözlər eşidəsən? Əlqərəz. 17-ci əsrdə yaşayıb-yaratmış fransız yazıçı, filosof, əxlaqşünas Jan de Labrüyer vaxtı ilə bir deyim işlədib: “Həya hissini ititrmiş qorxaq adam istənilən rəzilliyi etməyə qadirdir”.

“Pekres istəyir ki, Emmanuel Makron onun ötən ilin dekabrında Qarabağa etdiyi qeyri-qanuni və gizli səfərinə görə Prezident İlham Əliyev tərəfindən səsləndirilən sərt bəyanatlara reaksiya versin”, - deyə o qeyd edib.

Daha ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri