19 
Yan
2022
17:52
16
101
2534
Virtual karabakh

Həkimdən vitaminlərlə bağlı valideynlərə ÇAĞIRIŞ

19 Yan, 2022
17:52
2534

Həkimdən vitaminlərlə bağlı valideynlərə ÇAĞIRIŞ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bəzən valideynlər həkim məsləhəti almadan uşaqlarına vitamin verirlər. İnsanlar arasında uşaqlara kalsium verilməsi dəb halını alıb, lakin həkim nəzarəti vacibdir”.

Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov məlumat verib.

O bildirib ki, qan analizləri verilmədən uşağa adi vitamin verilməsi məsləhət deyil:

“Bir dərmanın faydalı olması üçün onun bədəndən sovrulması da önəmlidir. B12 çatışmazlığı zamanı bir çox insanlarda dərman sovrulması mümkün olmur. Biz bunu iynə vasitəsi ilə edirik. Ona görə də həkim yoxlanışı olmadan dərman qəbulu yolverilməzdir”.

E.Rəhimov əlavə edib ki, qan azlığı ilə bağlı həkimə müraciət edənlərin əksəriyyəti qurd fobiyasından ehtiyat edirlər:

“Qan azlığına səbəb olacaq qurd sayı çox deyil və məlum olan qurd növləri qan azlığına səbəb olmur. Bu məlumat tibdə öz təsdiqini tapmayıb. Əgər pasiyentdə qan sovuran qurd təsdiqlənibsə, bunu müalicə etmək mütləqdir. Adətən, bu cür müalicə üsulu elə də çətin olmur”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri