19 
Yan
2022
19:14
300
31
1535
Virtual karabakh

Masallıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb

19 Yan, 2022
19:14
1535

Masallıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ-2106” markalı avtomobilin sürücüsü yol hərəkət qaydasını pozduğu üçün saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu mənlumat yayıb.

Bildirilib ki, həmin nəqliyyat vasitəsini idarə edən Masallı rayon sakini Şaiq Məmmədovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, polis şöbəsinə gətirilib və tibbi müayinədən keçirilib.

Müayinənin nəticəsinə əsasən, Ş.Məmmədovun narkotik vasitədən istifadə etdiyi məlum olub.

Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri