20 
Yan
2022
12:01
489
14
2377
Virtual karabakh

Azərbaycan şəhidlərini bir dəqiqəlik sükutla andı - FOTO

20 Yan, 2022
12:01
2377

Azərbaycan şəhidlərini bir dəqiqəlik sükutla andı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün saat 12:00-da Azərbaycanda bir dəqiqəlik sükut elan olunub.

Oxu.Az-ın məlumatına görə, 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar şəhidlərimizin xatirəsi anılıb.

Nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib.

Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib.

Paytaxt ictimaiyyəti, şəhər sakinləri səhər saatlarından başlayaraq, Şəhidlər Xiyabanını ziyarət edir, qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə al qərənfillər düzürlər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri