20 
Yan
2022
10:41
341
39
929
Virtual karabakh

Prezidentin köməkçisi: “20 Yanvar hadisələri Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir” - VİDEO

20 Yan, 2022
10:41
929

Prezidentin köməkçisi: “20 Yanvar hadisələri Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir” - VİDEO

“20 Yanvar hadisələri Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir”.

Oxu.Az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, həmin dövrdə sovet qoşunları tərəfindən “Udar” hərbi əməliyyatı həyata keçirildi:

“Lakin bu, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsini daha da gücləndirdi. Həmin dövrdə SSRİ informasiya blokadası yaratmışdı. 20 Yanvar faciəsi haqqında ictimaiyyətə ilk məlumatı çatdıran Ulu öndər Heydər Əliyev olub.

Bu isə 20 Yanvar faciəsi ətrafında yaradılan informasiya blokadasını yardı. Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə 20 Yanvar hadisələrinə respublika səviyyəsində qiymət verildi. Allah şəhidlərimizə rəhmət etsin. Biz bu il 20 Yanvar faciəsini ötən illərdən fərqli qeyd edirik. Azərbaycan xalqı artıq məğrur xalq kimi bu faciəsini yad edir”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri