20 
Yan
2022
14:20
129
18
1327
Virtual karabakh

Qanlı gecənin canlı şahidi: “Anama deyərsən ki...” - VİDEO

20 Yan, 2022
14:20
1327

Qanlı gecənin canlı şahidi: “Anama deyərsən ki...” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı 1990-cı il, yanvarın 3-cü şənbəsi. Amerikalı politoloq Pol Qoblun sözləri ilə desək, Sovet İttifaqının öldüyü yer və gün. Uzun və şaxtalı 20 yanvar gecəsinin səhəri ağı səsləri ilə açıldı. Həmin gecədən səhərə güllələnmiş ölü bədənlər, üzərindən tank keçən avtomobillər və fəryad qoparan ana, ata, sevgililər qalmışdı. 

Qanlı gecəyə şahidlik edən, gördükləri ilə bağlı bir neçə kitab yazan Qulu Kəngərli 20 yanvarın dəhşətlərindən danışıb. O deyib ki, saat 6-dan artıq helikopterlərdən Bakıda fövqəladə vəziyyət elan olunması ilə bağlı vərəqlər tökürdülər. Sən demə saat 12-də M.Qorbaçovun əmri ilə Bakıda fövqəladə vəziyyət elan olunub, amma əhaliyə bu barədə heç bir məlumat verilməyib.

“Yaralılardan birinin vəziyyəti çox ağır idi. Başını qaldırıb qoluma qoydu. “Anama deyərsən ki, mən filan qızı istəyirəm” deyib, keçindi. Sonra mən onun anasını gördüm, amma ona heç nə deyə bilmədim”, - deyə Q.Kəngərli qeyd edib.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri