20 
Yan
2022
12:32
142
13
1116
Virtual karabakh

Tələbə gənclər 20 Yanvar faciəsinin ildönümü ilə bağlı silsilə tədbirlər keçiriblər - FOTO

20 Yan, 2022
12:32
1116

Tələbə gənclər 20 Yanvar faciəsinin ildönümü ilə bağlı silsilə tədbirlər keçiriblər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və üzv Tələbə Gənclər Təşkilatları tərəfindən 17-20 yanvar tarixlərində “Azadlığa gedən yol” həftəsi çərçivəsində silsilə tədbirlər keçirilib. 

Həyata keçirilən layihələr, yürüşlər, tədbirlər və konfranslarla tələbə gənclər 20 Yanvar faciəsi fonunda milli kimlik mübarizəsinin zirvəsinə yüksələn Azərbaycan xalqının qəhrəman oğul və qızlarının xatirəsini ehtiramla yad ediblər. Belə ki, “ÇƏTİR” proqramı çərçivəsində İntellektual oyunlar klubu şəbəkəsinin və Consensus İntellektual Mərkəzinin birgə təşkilatçılığı ilə 20 yanvar faciəsinə həsr olunan “Tarixin qanlı səhifəsi” adlı “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib. Layihə çərçivəsində tələbələr 20 Yanvar hadisələrinin tarixi və faciənin sosial-mədəni amilləri haqqında suallara cavab veriblər. Vətənpərvərlik klubları şəbəkəsinin təşkilatçılığı ilə keçirilən konfransda isə faciənin tarixi əsasları, həmçinin vətənpərvər ruhda müasir gənc nəslin yetişməsində Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin müstəsna fəaliyyətləri barədə ətraflı məlumat verilib, tələbələrin sualları cavablandırılıb. 

“Hədəf 5%” proqramı çərçivəsində ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən ayrı-ayrı TGT-lər tərəfindən həftə ərzində silsilə layihələr həyata keçirilib. Belə ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti və digər təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatlarının təşkilatçılığı ilə paytaxt və regionlardakı Şəhidlər Xiyabanları  ziyarət edilərək faciə qurbanları yad edilib, hadisələrin şahidləri, tarixçilərlə görüşlər təşkil olunub, faciədən bəhs edən qısametrajlı filmlər izlənilib, tələbələr tərəfindən hazırlanmış səhnəciklər nümayiş olunub, inşa müsabiqələri keçirilib.

Təşkil olunan silsilə tədbirlər azadlıq uğrunda canından keçən Vətən övladlarının daim tələbə gənclərin qəlbində yaşadığını, hər zaman ehtiram və qürur hissi ilə anıldığını bir daha sübut edir. Bu gün 20 Yanvar faciəsindən sonra  ölkə gənclərinin də əsas amalına çevrilmiş Azərbaycanın dövlət müstəqilliyi ideyası müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşmiş vətənpərvər ruhlu gənclərin ölkəmizin ərazi bütövlüyünü təmin etməsi, şəhidlərimizin ruhlarının şad olması ilə nəticələndi. 

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri