20 
Yan
2022
14:28
12
224
2785
Virtual karabakh

Azərbaycanlı prodüser vəfat etdi

20 Yan, 2022
14:28
2785

Azərbaycanlı prodüser vəfat etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prodüser və kino təşkilatçısı Aydın Abdullayev vəfat edib.

Bu barədə APA-ya rejissor Rəşid Ağamalıyev məlumat verib.

Qeyd edək ki, Aydın Abdullayev 1951-ci ildə Bakıda anadan olub.

1972-1977-ci illərdə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb.

1975-ci ildən kino sahəsində film inzibatçısı, animasiya sexinin inzibatçısı, sex rəisi, kino salnaməsi sexinin rəisi vəzifələrində çalışıb.

1993-1994-cü illərdə “Azərbaycanfilm” kinostudiyasında direktor müavini, direktor əvəzi, 1994-2000-ci illərdə “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən, əsasən animasiya filmləri istehsal edən “Azanfilm” kinostudiyasının direktoru olub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri