20 
Yan
2022
18:44
197
21
1098
Virtual karabakh

Gənclər təşkilatları 20 Yanvar şəhidlərini yad ediblər - FOTO

20 Yan, 2022
18:44
1098

Gənclər təşkilatları 20 Yanvar şəhidlərini yad ediblər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş Ümumxalq Hüzn Gününün 32-ci ildönümüdür. Azərbaycan xalqı, xüsusilə gəncliyimiz 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutur. Hər il olduğu kimi, bu il də Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin iştirakı ilə öncə konfrans keçirilib, daha sonra istiqlal fədailərinin məzarları ziyarət olunub.

Yanvarın 19-da şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayan konfransda Milli Məclisin deputatı Hikmət Babaoğlunun iştirakı ilə “Qanlı yaddaşımızı unutmayaq!” mövzusu ətrafında müzakirələr aparılıb. 20 Yanvar hadisəsinin tariximizin şərəf və qəhrəmanlıq səhifəsi olduğunu bildirən  parlament üzvü Ümummilli Liderin 20 Yanvar faciəsinə siyasi və hüquqi qiymət verilməsində roluna diqqəti çəkərək, məhz Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisin 20 Yanvar faciəsi haqqında xüsusi bəyanat qəbul etdiyini qeyd edib, faciənin dövlət səviyyəsində qeyd olunması, gənc nəslin tərbiyəsində xüsusi yer tutmasının da Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasətinin tərkib hissəsi olduğunu bildirib. Müstəqilliyimizin nə qədər faciəvi şəkildə əldə olunması ilə yanaşı, onun qorunub saxlanılması və möhkəmlənməsinin də nə qədər çətin olduğu xalqımızın hər bir üzvü kimi gənclərə də aşkardır. 

Konfransda çıxış edənlər 20 Yanvar faciəsinin gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd edib, bu hadisələrin unudulmadığını, günahsız insanların əziz xatirəsinin xalqımız tərəfindən hər zaman yaşadılacağını bildiriblər.

20 Yanvar faciəsinin 32-ci ildönümü günü NAYORA-nın təşkilatçılığı ilə gənclər təşkilatlarının nümayəndələri Şəhidlər Xiyabanında uyuyan qəhrəmanların xatirəsini ehtiramla yad ediblər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsində əsas rolu oynayan gənclər artıq daha böyük ruh yüksəkliyi və məğrurluq hissi ilə şəhidlərimizin məzarlarını ziyarət edir, qanlarının yerdə qalmadığını onlara çatdırırdılar. Artıq bütün şəhidlərimizin ruhları dincdir. Müstəqilliyimiz möhkəm, Vətənimiz bütövdür. 
Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş bütün şəhidləri hörmətlə anırıq!

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri