20 
Yan
2022
19:29
272
20
1192
Virtual karabakh

Könüllülər 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad ediblər - FOTO

20 Yan, 2022
19:29
1192

Könüllülər 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad ediblər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalqımızın qan yaddaşına qəhrəmanlıq tarixi kimi həkk olunmuş 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə ölkənin aparıcı könüllü təşkilatlarını təmsil edən Azərbaycan könüllüləri Şəhidlər Xiyabanını ziyarət ediblər.

Könüllülər ölkəmizin müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla yad edərək məzarları üzərinə qərənfillər düzüb, onların xatirəsini heç vaxt unutmayacaqlarını və hər zaman uca tutacaqlarını bildiriblər.

20 yanvar şəhidlərinin başladığı yolda inamla addımlayan xalqımız həm dövlət müstəqilliyini əldə etmiş, həm Ulu öndər Heydər Əliyevin sayəsində bu müstəqilliyi möhkəmləndirmiş, həm də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun sayəsində ərazi bütövlüyümüzü bərpa etmişdir.

Yaşasın müstəqil, qüdrətli Azərbaycan dövləti!

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri