21 
Yan
2022
14:40
9
114
1275
Virtual karabakh

Azərbaycanda hemofiliya xəstələrinin sayı AÇIQLANIB

21 Yan, 2022
14:40
1275

Azərbaycanda hemofiliya xəstələrinin sayı AÇIQLANIB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda Azərbaycanda 1 737 nəfər qeydiyyata alınmış hemofiliya xəstəsi var.

Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Elmira Qədimova məlumat verib. 

Ölkəmizdə hemofiliya ilə bağlı statistik rəqəmləri açıqlayan mütəxəssis bu gün digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da hemofiliyalı xəstələrinin ev şəraitində müalicə olunduğunu qeyd edib:

“Xəstələr stasionar və ambulator şəraitdə müalicə alırlar. Xəstəlik respublika ərazisində Bakı, Sumqayıt şəhərlərində və Mərkəzi Aran regionunda daha çox yayılıb. Hemofiliya irsi genetik xəstəlik olduğu üçün daima müşahidə olunan qanaxma və qansızmalar əvəzedici terapiya ilə müalicə olunur. Ona görə bu xəstələrdə daimi əlillik və ölüm riski ola bilər”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri