21 
Yan
2022
17:24
254
35
1765
Virtual karabakh

“Azərsu” ASC-nin Qarabağda növbəti xidmət sahəsi yaradıldı - FOTO

21 Yan, 2022
17:24
1765

“Azərsu” ASC-nin Qarabağda növbəti xidmət sahəsi yaradıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şuşa, Kəlbəcər şəhərləri və Hadrut qəsəbəsindən sonra işğaldan azad olunmuş daha bir şəhərdə - Zəngilanda “Azərsu” ASC-nin xidmət sahəsi yaradılıb.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata əsasən, xidmət sahəsi Zəngilan və Qubadlı rayonlarına, həmçinin Laçın rayonunun bəzi kəndlərinə xidmət göstərir.

İşçilərin əmək şəraitinin yaxşılaşdırılması və xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Zəngilan şəhərində yararsız tikililərdən biri təmir olunaraq inzibati bina kimi istifadəyə verilib. İşlərin operativliyini təmin etmək məqsədilə xidmət sahəsi xüsusi nəqliyyat vasitələri ilə təmin olunub.

Ötən müddətdə Zəngilan rayonunda “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təxirəsalınmaz tədbirlər görülərək şəhərə suyun verilməsi, hərbi və mülki təyinatlı obyektlərin su təchizatı təmin edilib. Şəhər ərazisində və bəzi kəndlərdə, eləcə də sərhəd məntəqələrində yerləşən hərbi bölmələrin su təchizatı sistemi araşdırılıb, mövcud magistral və şəbəkə su xətlərinin qəzalı hissələri təmir olunub. Zəngilan şəhərində və  kəndlərdə 34 yaşayış və qeyri-yaşayış obyekti içməli su ilə təmin olunub.

Ötən müddətdə Qubadlı şəhərinin mövcud su təchizatı sistemi araşdırılıb, magistral və şəbəkə xətlərinin dağıdılmış hissələri bərpa edilib. Şəhər ərazisində 1 su anbarı, 2 suqəbuledici qurğu və 10 km müxtəlif diametrli su xətləri bərpa olunub. Hazırda Qubadlı şəhərində 70 yaşayış və  qeyri-yaşayış obyekti  içməli su ilə təmin olunur.

Qeyd edək ki, “Azərsu” ASC tərəfindən Zəngilan və Qubadlı rayonları  ilə yanaşı, Şuşa şəhəri, Kəlbəcər və Laçın rayonlarında, eləcə də Hadrut, Talış və Suqovuşan qəsəbələrində  fasiləsiz xidmət təşkil olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri