21 
Yan
2022
16:24
78
31
1765
Virtual karabakh

Ticarət şəbəkəsində məhsulunu satmaq istəyənlərin NƏZƏRİNƏ: Müraciət qəbulu başlandı - FOTO

21 Yan, 2022
16:24
1765

Ticarət şəbəkəsində məhsulunu satmaq istəyənlərin NƏZƏRİNƏ: Müraciət qəbulu başlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvarın 21-dən etibarən mikro və kiçik sahibkarlıq subyektləri ticarət şəbəkələrinə çıxışa dəstək üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edə bilərlər.

KOBİA-dan Oxu.Az-a verilən məlumata əsasən, müraciətlər Agentliyə elektron qaydada təqdim edilməlidir.

Müvafiq müraciət forması KOBİA-nın rəsmi internet səhifəsində yerləşdirilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 2021-ci il tarixli Fərmanı ilə “Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası” təsdiq edilib. Qaydaya əsasən dəstək KOBİA tərəfindən təmin ediləcək.

Dəstəkdən mikro və kiçik sahibkarlar istifadə edə bilərlər. Bu dəstək çərçivəsində ticarət obyektində sahibkarın istifadəsinə veriləcək satış yerinin ölçüsü 50 santimetr, məhsulların satış sahəsində yerləşdirilməsi müddəti isə 3 aydır. Mikro sahibkarlıq subyekti onun istifadəsinə verilən satış sahəsinə görə icarə haqqının 20 faizini, kiçik sahibkarlıq subyekti isə 50 faizini ödəyəcək.

KOBİA tərəfindən ticarət obyektlərində icarəyə götürülən satış yerləri barədə məlumatlar Agentliyin rəsmi internet səhifəsində yerləşdiriləcək.

Dəstəkdən faydalanacaq sahibkarların seçilməsi zamanı aşağıdakı meyarlar nəzərə alınacaq:

- məhsulun Azərbaycanda ilk dəfə istehsal olunması;

- məhsulun idxalı əvəzləmək potensialı;

- məhsulun Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, digər regionlarda istehsal edilməsi;

- sahibkarın ticarət şəbəkələrinə çıxış təcrübəsinin olmaması.

Ətraflı məlumat üçün: 131 Çağrı Mərkəzi

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri