21 
Yan
2022
18:37
48
301
6924
Virtual karabakh

Naxçıvan DTX-nin rəisi yeni vəzifəyə seçildi

21 Yan, 2022
18:37
6924

Naxçıvan DTX-nin rəisi yeni vəzifəyə seçildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Naxçıvan Muxtar Respublikası Karate-Do Federesiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, hesabat-seçki yığıncağında federasiyanın yeni sədri Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Nurlan Pənahov ictimaiyyətə təqdim olunub.

Nurlan Pənahov qeyd edib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, idman sahəsində də mühüm işlər görülür. Yaradılan şəraitdən səmərəli istifadə edən gənclərin idmana marağı artıb. Göstərilən etimada görə minnətdarlığını bildirən Nurlan Pənahov Karate-Do Federasiyasının muxtar respublikada karatenin inkişafı istiqamətində sistemli tədbirlər görəcəyini qeyd edib, bu istiqamətdə səylə çalışacaqlarını vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri