21 
Yan
2022
19:31
96
47
2202
Virtual karabakh

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 20 adda dəyəri yüksək və çox tələb olunan dərmanları təhvil verdi

21 Yan, 2022
19:31
2202

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 20 adda dəyəri yüksək və çox tələb olunan dərmanları təhvil verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Milli Hematologiya və Transfuziologiya Mərkəzinə qan xərçəngindən əziyyət çəkən xəstələr üçün 20 adda dəyəri yüksək və ən çox tələb olunan dərman preparatları təhvil verilib.

Beləliklə, mərkəzə verilən dərmanların sayı 38-ə çatıb.

Dərman preparatlarının təminatı “Qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı” (Tədbirlər Proqramı) çərçivəsində həyata keçirilir.

Tədbirlər Proqramına dair dərman vasitələrinin təminatı Agentlik tərəfindən keçirilmiş açıq tenderlərin nəticələrinə uyğun olaraq həyata keçirilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri