21 
Yan
2022
22:18
14
269
2293
Virtual karabakh

Xaçmaz-Quba yolunda maşın ağaca çırpılıb, xəsarət alanlar var - YENİLƏNİB

21 Yan, 2022
22:18
2293

Xaçmaz-Quba yolunda maşın ağaca çırpılıb, xəsarət alanlar var - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün axşam Quba – Xaçmaz yolunda baş vermiş qəzanın bəzi detalları bəlli olub.

“Report” xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Arzu kəndindən keçən hissəsində baş verib.

Belə ki, BMW markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə avtomobil ağaca çırpılıb.

Qəza nəticəsində Xaçmaz rayonunun Yergüc kənd sakinləri - 1997-ci il təvəllüdlü Turan Elman oğlu Məhərrəmov və 1998-ci il təvəllüdlü Hüseyn Faiq oğlu Məhərrəmov müxtəlif xəsarətlər alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına catdırılıblar. H.Məhərrəmovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, qəzaya yolun sürüşkənliyi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

19:53

Bu gün axşam saatlarında Xaçmaz-Quba yolunda yol nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Arzu kəndi ərazisində qeydə alınıb.

Avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində avtomobildə olan şəxslər xəsarət alıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri