21 
Yan
2022
23:53
284
27
3263
Virtual karabakh

Vaxtı keçmiş spirtli içkilər satan şərab evi cərimələndi

21 Yan, 2022
23:53
3263

Vaxtı keçmiş spirtli içkilər satan şərab evi cərimələndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Agentlikdən Oxu.Az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində əməkdaşlar tərəfindən keçirilən plandankənar (növbədənkənar) yoxlama zamanı Tovuz şəhəri, H. Aslanov küçəsində fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Qabil Musa oğluna məxsus şərab evində qida təhlükəsizliyi sahəsində normativ sənədlərin tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib.

Belə ki, ümumi çəkisi 65 litr olan 23 adda və müxtəlif çeşiddə yararlılıq müddəti bitmiş spirtli içkilərin satışının həyata keçirildiyi məlum olub. Aşkar olunmuş pozuntularla bağlı qanunvericiliyə uyğun olaraq fiziki şəxs inzibati məsuliyyətə cəlb edilib, istehlak üçün yararsız 65 litr spirtli içki satışdan kənarlaşdırılıb, sahibkara yeyinti məhsulları sahəsində müvafiq qanunvericiliyin tələbləri izah edilib və nöqsanların qısa zamanda aradan qaldırılması barədə göstəriş verilib, müəssisənin fəaliyyəti nəzarətə götürülüb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri