22 
Yan
2022
20:42
32
278
2452
Virtual karabakh

Texnoblogerdən valideynlərə xəbərdarlıq: “Azyaşlılar bank kartlarınızla tiktokerləri “yemləyir”

22 Yan, 2022
20:42
2452

Texnoblogerdən valideynlərə xəbərdarlıq: “Azyaşlılar bank kartlarınızla tiktokerləri “yemləyir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“TikTok-un canlı yayımından pul qazanma xüsusiyyəti yerli “TikTok content” yaradıcılarını dəhşətli bir varlığa çevirib. Deməli, məntiq bundan ibarətdir ki, sən, canlı yayım açırsan və izləyicilərin sənə virtual hədiyyələr göndərməklə dəstək olur. İzləyicilər bu hədiyyələri real pul ilə alırlar və yayım sahibi də sonradan bu hədiyyələri pula çevirib, bank kartına köçürə bilir”.

Bu sözləri texnobloqer Fərid Pərdəşünas deyib.

Texnobloqerin sözlərinə görə, sözügedən yayımlarda “digital dilənçilik” baş alıb gedir.

“Vəziyyət elə hala gəlib ki, qızlı-oğlanlı hərə alıb əlinə bir smartfonu, nəyisə, harasınısa göstərməklə hədiyyələr yığmağa çalışır: “Sandıq göndər”, “əjadaha başı qoy”, “çay ver”, “eynək göndər”, “xəzinə göndər”, “ayı balası at”.

Onlarla belə hədiyyə sözün əsl mənasında insanları canlı yayımda meymuna çevirir. Kontent yarada bilməyən adamlar canlı yayımda əllərindən gələni edirlər ki, onlara hədiyyə göndərilsin. Bəli, Çin-dən çıxan bu nəhəng platforma bizləri yavaş-yavaş meymun edir. Hər şey “Black Mirror” serialındakı kimi olacaq.

Yavaş-yavaş insanların sosial reytinq sistemi də həyatımıza girəcək. Bu gün Azərbaycanda çox azyaşlı uşaqlar valideynlərinin bank kartlarını əlavə etməklə TikTok yayımçılarını yemləyir, onlara hədiyyələr göndərir. Bununla bağlı mənə onlarla müraciət daxil olub. Bank tarixçəsinə baxırsan ki, uşaq bir ay ərzində 500-600 manat yayıma pul xərcləyib”, - deyə o bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri