23 
Yan
2022
18:46
25
264
3878
Virtual karabakh

Ucuz zarafatlar paradında iştiraka ehtiyacımız varmı?

23 Yan, 2022
18:46
3878

Ucuz zarafatlar paradında iştiraka ehtiyacımız varmı?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şakir Eminbəyli yazır...

Hər bir televiziya şousu kimi,

ŞHK-nın (Şən və Hazırcavablar Klubu) də öz standartları, öz qaydaları mövcuddur. İllər boyu Мaslyakov ailəsinin biznes-imperiyasına çevrilən ŞHK keçmiş sovet respublikalarının "şən və hazırcavab" gənclərinin pulunu alıb oyuna buraxmaq missiyasını bu gün də uğurla həyata keçirir. 

Pərdəarxası baş verən alış-verişdən bu məzhəkədə iştirak edən hər kəs gözəl məlumatlıdır. 

"Zarafatlar"ın yazılması, ssenarilərin hazırlanması kimi səhnəciklər sadəcə satılır və alınır. Hər zarafatın, gülüşün öz qiyməti var. azərbaycanlının, qırğızın, qazaxın, özbəyin beyin məhsulu olan zarafat qəbul olunmur - ŞHK-nın, Maslyakovun tətbiq və tələb etdiyi zarafat standartı,  qaydaları çərçivəsindən çıxmaq yasaqdır, vəssalam! 

Doxsanlarda, dünyanın kor vaxtında rəhmətlik Anarın yaratdığı və kapitanı olduğu "Парни из Баку" ("Bakılı oğlanlar") komandasının əsas missiyası incə yumoru ilə mərkəzi televiziyanın efirində görünməklə, öz oyununu diqtə etməklə bərabər, həm də Azərbaycan haqqında formalaşmış yanlış stereotipləri dəyişmək idi. O və komandası buna nail ola bildilərmi? Əlbəttə! 

Çünki media yalnız TV və qəzetlərdən ibarət idi. İnformasiya vakuumundan çıxmaq üçün bütün imkanlardan istifadə etmək vacib idi. Digər platformalar isə sadəcə, mövcud deyildi.

O illərdən xeyli zaman keçib və ŞHK Мaslyakovun özü kimi aktuallığını çoxdan itirib, qocalıb. İllah da, biz azərbaycanlılar üçün.

Yeni, rəqəmsal (digital) dünyada informasiya mübadiləsi çox rahat və əlçatan platformalar üzərində qurulub. Yəni, Azərbaycan haqqında "Pervıy kanal"da nəsə demək üçün külli miqdarda para xərcləyib, ucuz zarafatlar paradında iştirakın özü gülüş doğurur. Acı gülüş doğurur. Varmı buna ehtiyacımız?! Əsla! 

Gəncləri təhsilə, elmə, biliyə yönəltmək əvəzinə, heç bir məna yükü olmayan, heç bir amala xidmət etməyən ŞHK azarına düçar olunuruq. 

Bu azmış kimi, təmsilçimiz oyuna qatılar-qatılmaz, başına oyun açdırır. 

Adını dəyişdirmək məcburiyyətində qalır. 

Bu rəzalətin qarşısı alına bilərdimi?

Yox! Çünki sürünmək üçün yarananlar qanadlanıb uça bilməz...

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri