24 
Yan
2022
00:45
8
127
1351
Virtual karabakh

Salyanda yol qəzası olub, xəsarət alanlar var

24 Yan, 2022
00:45
1351

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Salyanda yol qəzası olub.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə yeni Ələt-Astara magistralının 77-ci kilometrliyində qeydə alınıb. Belə ki, minik avtomobilinin qarşıda gedən avtomobilə çırpılması nəticəsində Hacıqabul rayon sakinləri, 1957-ci il təvəllüdlü Hüseynova Nazilə Məmmədhəsən qızı, 1955-ci il təvəllüdlü Əmirova Nəcibə Niftalı qızı və 1951-ci il təvəllüdlü Nəbiyeva Minabəyim Mədət qızı müxtəlif xəsarətlər alıblar.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri