24 
Yan
2022
10:10
125
6
1057
Virtual karabakh

Vətən müharibəsində Ermənistanın törətdiyi cinayətlərlə bağlı xüsusi dinləmə keçiriləcək

24 Yan, 2022
10:10
1057

Vətən müharibəsində Ermənistanın törətdiyi cinayətlərlə bağlı xüsusi dinləmə keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətən müharibəsi dövründə Ermənistan tərəfindən törədilən cinayətlərlə bağlı Milli Məclisdə xüsusi dinləmə keçiriləcək.

“Report”un əldə etdiyi məlumata görə, bu, parlamentin İnsan hüquqları komitəsinin 2022-ci il yaz sessiyasının işləri planında əksini tapıb.

Plana Vətən müharibəsi dövründə Ermənistan tərəfindən törədilən cinayətlərin, Ermənistan Silahlı Qüvvələrinin işğalı nəticəsində Azərbaycan vətəndaşlarının pozulmuş hüquqlarının müdafiəsinin və Azərbaycan dövlətinə dəymiş ziyanın beynəlxalq instansiyalarda müvafiq iddialar əsasında gerçəkləşdirilməsinin hüquqi mexanizmləri ilə bağlı Milli Məclisdə xüsusi dinləmənin keçirilməsi daxil edilib.

Qeyd edək ki, həmin məsələyə komitənin bu gün keçirilən iclasında baxılması və təsdiq edilməsi gözlənilir. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri