24 
Yan
2022
10:44
110
17
967
Virtual karabakh

Fərid Şəfiyev: “Azərbaycan jurnalistikasında fundamental problemlər var”

24 Yan, 2022
10:44
967

Fərid Şəfiyev: “Azərbaycan jurnalistikasında fundamental problemlər var”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan jurnalistikasında müharibədən sonrakı reallıqların işıqlandırılması mövzusunda problemlər mövcuddur”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev “Müharibədən sonrakı reallıqlar və media” mövzusunda keçirilən təlimdə deyib. 

Fərid Şəfiyev əlavə edib ki, təlimin məqsədi jurnalistlərin peşəkarlığını artırmaq və beynəlxalq mətbuata çıxışını təmin etməkdir.

“Mən xarici ekspertlərlə ünsiyyətdə olarkən görürəm ki, bizim medianın hadisələrə yanaşmasında fundamental problemlər mövcuddur. Onu bilmək lazımdır ki, xarici ölkə səfirlikləri, xarici ekspertlər Azərbaycan mediasında postmünaqişə dövrü ilə bağlı yazıları diqqətlə oxuyurlar”, - deyə Fərid Şəfiyev əlavə edib.

Qeyd edək ki, təlim Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, BMTM-in birgə təşəbbüsü ilə keçirilir.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri