24 
Yan
2022
22:01
19
294
4263
Virtual karabakh

Şikayətçi: “Azərsu”nun adından gələn şəxs 380 manat istədi” - VİDEO

24 Yan, 2022
22:01
4263

Şikayətçi: “Azərsu”nun adından gələn şəxs 380 manat istədi” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda özünü “Azərsu” ASC-nin əməkdaşı kimi tanıdıb obyektlərdən pul yığan şəxs peyda olub.

Hadisə 23 yanvar tarixində baş verib. Belə ki, özünü “Azərsu” ASC əməkdaşı kimi təqdim edən şəxs sayğacı yoxladıqdan sonra, daha sonra gələcəyini bildirərək əlaqə nömrəsi qoyub. 

Baku TV həmin şəxsdən şikayət edən Aytən Məhərrəmova ilə söhbət edib.

O bildirib ki, həmin şəxs əgər müəyyən ödəniş etməsələr, sularını kəsəcəyini deyib. 

“Sayğacımızı yoxlayıb, problem olduğunu dedi. Bizdən 80 manat alıb, nömrəsini bizə verdi, dedi ki, gəlib düzəldəcəyik” – deyə şikayətçi qeyd edib.

Həmin şəxs ərazidəki digər mağazalara da yaxınlaşıb. 

Digər şikayətçi Fatma Şirinova bildirib ki, özünü  “Azərsu” ASC-nin əməkdaşı kimi təqdim edən şəxs onlardan nə az, nə çox, 380 manat istəyib.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri