25 
Yan
2022
10:28
12
174
3209
Virtual karabakh

Vətəndaş aldığı inşaat materialından narazıdır: Satıcı məsuliyyətdən qaçır - FOTO

25 Yan, 2022
10:28
3209

Vətəndaş aldığı inşaat materialından narazıdır: Satıcı məsuliyyətdən qaçır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Masallı rayon sakini inşaat materialları alan zaman aldadıldığını bildirir.

Oxu.Az-a müraciət edən rayonun Xıl kəndində yaşayan vətəndaş Fərzəliyev Vəliəhəd Abas oğlu bildirib ki, evinin həyətini abadlaşdırmaq məqsədi ilə lambir alıb:

“Bütün tikinti tələblərinə riayət edərək ustanın vurduğu lambir iki gün sonra qoparaq tökülməyə başladı.

Məhsulu istehsal edən və satan tərəf istənilən növ köməyə və danışığa getməkdən imtina edir. Mən sadəcə olaraq, keyfiyyətsiz məhsulun yenisi ilə əvəz olunmasını istəyirəm. Özüm kənd təsərrüfatı və heyvandarlıqla məşğul oluram. Ağır zəhmət hesabına qazandığım pulun dələduzlar tərəfindən mənimsənilməsi mənə pis təsir edir”.

Məsələ barədə məhsulu satan mağaza ilə əlaqə saxladıq.

Materialın satıldığı Masallı rayonunun Qarğalıq kəndində yerləşən M.E.R inşaat materialları mağazasından Oxu.Az-a bildirilib ki, həmin şəxs məhsulun keyfiyyətsiz olması barədə onu istehsal edən şirkətlə əlaqə saxlamalıdır:

“Məhsul keyfiyyətlidir. Əgər vətəndaş iddia edir ki, bu belə deyil. O zaman biz onu məhsulu istehsal edən şirkətlə əlaqələndirə bilərik”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri