25 
Yan
2022
23:00
329
26
2560
Virtual karabakh

Gürcüstanda koronavirusa qarşı dərman hazırlanıb: Nəticələr müsbətdir - FOTO

25 Yan, 2022
23:00
2560

Gürcüstanda koronavirusa qarşı dərman hazırlanıb: Nəticələr müsbətdir - FOTO

Gürcüstan Səhiyyə Nazirliyinin tibbi onkologiya və klinik genetika üzrə eksperti Aleksandr Tavartkiladze koronavirusa qarşı dərman ixtira edib.

Sözügedən dərman artıq ölkə klinikalarında COVID-19-a yoluxmuşlarda istifadə olunur.

“Soulager” adlanan dərman bioloji aktiv əlavədir. O, Gürcüstanın tibbi təlimatlarına 30 noyabr 2021-ci ildə daxil edilib, lakin hələ də apteklərdə satılmır.

Dərman 18 yaşdan yuxarı, saturasiyası 90%-dən az olan xəstələrə koronavirusun ilk simptomları aşkar ediləndən yeddi gündən çox keçmədiyi halda təyin edilir.

Müəlicənin tətbiq edildiyi 19 xəstədən 7-si altı-yeddi gün sonra, 3-ü isə on gün sonra evə buraxılıb. Yeddi gün sonra evə buraxılan xəstənin 87 yaşı olub.

Heç bir halda xəstənin vəziyyətinin pisləşməsi və ya reanimasiya şöbəsinə köçürülməsi, hətta ölüm halı olmayıb.

Mənbə: Sputnik Gürcüstan

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri