25 
Yan
2022
11:40
338
64
3038
Virtual karabakh

Bakıda 35-ə yaxın “parkovşik” cərimələndi - DYP-dən XƏBƏRDARLIQ

25 Yan, 2022
11:40
3038

Bakıda 35-ə yaxın “parkovşik” cərimələndi - DYP-dən XƏBƏRDARLIQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda avtomobillərin qanunsuz parklanması ilə əlaqədar yol polisi tərəfindən ötən gün keçirilən reydlərdə 1000-ə yaxın cərimə protokolu yazılıb. Cərimələrdən 600-dən çoxu sürücülərə, 35-ə yaxını isə özlərini “parkovşik” kimi təqdim edənlərə tərtib edilib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, ötən gün keçirilən reydlər zamanı İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə (Qanunsuz küçə ticarəti) əsasən, qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə, özlərini “parkovşik” kimi təqdim edən 35-ə yaxın şəxs saxlanılıb və cərimə edilib:

“Bu istiqamətdə tədbirlər müvafiq ərazi üzrə polis idarələri tərəfindən həyata keçirilib”.

A. Əsgərli onu da əlavə edib ki, yol polisi tərəfindən müvafiq reydlər mütəmadi olaraq davam etdiriləcək.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri