25 
Yan
2022
12:28
109
59
7428
Virtual karabakh

Türkiyədə yağan qarın Azərbaycana təsiri olacaq? - AÇIQLAMA + XƏBƏRDARLIQ

25 Yan, 2022
12:28
7428

Türkiyədə yağan qarın Azərbaycana təsiri olacaq? - AÇIQLAMA + XƏBƏRDARLIQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ötən illərlə müqayisədə bu ilin yanvar ayı daha çox qarlı günlərin sayı ilə fərqləndi”.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, hazırda Türkiyədə, Rusiyada intensiv qar yağması müşahidə olunur:

“Soyuq hava kütlələri cənub enliklərə hərəkət edərək hava şəraitinin kəskinləşməsinə səbəb olub. Azərbaycanda isə yanvarın 26-da hava şəraitinin nisbətən mülayim keçməsi gözlənilir. Əksər rayonlarda axşama kimi əsasən yağmursuz keçəcək. Havanın temperaturu yanvar ayının iqlim normasına uyğun olacaq”.

O, Türkiyədə yağan intensiv qarın Azərbaycanda gözlənilməsindən də danışıb:

“Artıq yanvarın 26-dan 27-ə keçən gecədən başlayaraq Naxçıvan Muxtar Respublikasından başlayaraq hava şəraiti yağıntılı olacaq, qar yağacaq. Ayın 27-i gün ərzində və ayın 28-ə keçən gecə respublikanın ayrı-ayrı rayonlarında sulu qar, dağətəyi rayonlarda qarın yağması və intensiv olması proqnozlaşdırılır. Türkiyədə yağan intensiv qar daha zəif formada ölkəmizdə özünü göstərəcək”.

U.Tağıyeva əlavə edib ki, yanvarın 27-də axşama doğru paytaxt və respublika ərazisində şimal-qərb küləyin güclənməısi gözlənilir:

“Yanvarın 28-də isə gündüz saatlarında külək mülayimləşəcək, axşama doğru yağıntılar kəsiləcək. Digər iki-üç gün ərzində hava şəraiti sabit, mülayim və əsasən yağmursuz keçəcək”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri