25 
Yan
2022
14:20
10
100
2640
Virtual karabakh

Oleq Şeluxinin güllələyə bilmədiyi 50 neftçalalı - VİDEO

25 Yan, 2022
14:20
2640

Oleq Şeluxinin güllələyə bilmədiyi 50 neftçalalı - VİDEO

1990-cı ilin 20 Yanvar faciəsindən bir neçə gün sonra sovet tankları əvvəlcə Cəlilabada, sonra Neftçalaya doğru hərəkət etdi. Yanvarın 25-i saat 18:32 radələrində Neftçala Bakıdan sonra hərbi təcavüzə uğradı. Digər rayonlarda olduğu kimi, Neftçalada da günahsız və əliyalın sakinlərə divan tutuldu, 2 nəfər öldürüldü, 7 nəfər yaralandı, 50-ə yaxın insan isə həbs edildi.

Yaşayış binalarında bu gün də güllə izləri qalmaqdadır. 

Neftçaladakı qanlı cinayətin şahidi və zərərçəkəni olmuş Ələkbər Zahidov deyir ki, sovet təxribat qrupu Bakıda olduğu kimi burada da geniş miqyaslı təxribat törətmək istəyirdi. 

Neftçala rayon hərbi komendantı Oleq Şeluxinin imzası ilə yayılan riyakar məlumatda göstərilirdi ki, xüsusi qoşun hissələri Neftçalaya daxil olan zaman rayon müdafiə şurasının üzvləri silah işlətmiş və xüsusi qoşun hissələri buna cavab olaraq atəş açmışlar. Əslində ağır texnika ilə hərəkət edən hərbi birləşmə yaşayış binalarını atəşə tuturdu. Evi güllə-borana tutulan Neftçala sakini Zakir Fərziyev üçünsə həmin hərbi təcavüz ailəvi faciə yaşadır. 

Qeyd edək ki, 50-yə qədər həbs edilən Neftçala sakini dəhşətli işgəncələrdən sonra vertolyotla Bakıya gətirilir. Səmada ölümcül olan əsirləri əvvəlcə dənizə atmaq istəsələr də, sonradan Binə Hava limanına eniş edilir və əsirləri güllələmək üçün sıraya düzürlər. Bu anda Arif Məlikov, Fikrət Əmirov, Ədilə Namazova və digər tanınmış şəxslərin də daxil olduğu Azərbaycan Deputat İstintaq Qrupu üzvləri hadisə yerinə çatıb bu qətlin qarşısını alırlar. Əsir saxlanılanları əvvəlcə Şüvəlan təcridxanasına yerləşdirib oradan Mərdəkan xəstəxanasına köçürə bilən deputat qrupu Neftçala faciəsinin miqyasca böyüməsinin qarşısını da beləcə alır. 

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri