25 
Yan
2022
12:50
268
25
4187
Virtual karabakh

Bakıda məktəb müəllimini döyən şəxs saxlanılıb : Cinayət işi başlandı

25 Yan, 2022
12:50
4187

Bakıda məktəb müəllimini döyən şəxs saxlanılıb : Cinayət işi başlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün sosial şəbəkələrdə məktəb müəlliminin bir nəfər naməlum şəxs tərəfindən döyülməsini əks etdirən video paylaşım edilib.

Həmin görüntülərlə bağlı polis tərəfindən aparılan təxirəsalınmaz araşdırmalarla əməli 2000-ci il təvəllüdlü Fərid Əfəndizadənin törətməsi müəyyən olunub. 

Bu barədə Oxu.Az-a DİN Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, fakt üzrə Xətai RPİ-nin İstintaq şöbəsi tərəfindən CM-in 221.3-cü (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və keçirilən tədbirlərlə ictimai təhlükəli əməldə şübhəli bilinən F.Əfəndizadə tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq hərəkətləri davam etdirilir.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri